WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
06 sen

Gənc mühəndis olmaq istəyən ambisialı tələbələr və məzunlar, STP Group of Companies mühəndislik yolunda inkişafınız üçün mükəmməl bir şans yaradır!

"Sabahın Gücü" - STP Şirkətlər Qrupunun İnkişaf Platforması 6-12 ay ərzində STP-nin zavodlarında, həmçinin Türkiyə və İsrailin istehsalat müəssisələrində müvafiq sahələr üzrə təcrübə qazanmaq, ixtisasınıza aid texniki təlimlərdə iştirak etmək, sənayedə iş prosesini dərindən müşahidə etmək imkanını sizə təklif edir!
Bu fürsəti qaçırmayın! 
Subject hissəsində ixtisasınızı qeyd etməklə, CV-nizi [email protected] email ünvanına göndərin və "Sabahın Gücü" İnkişaf Proqramının təcrübəçilərindən biri olun!
Tələb olunan ixtisaslar:
 Mexanika mühəndisliyi
 Elektrik, elektronika, energetika mühəndisliyi
 Proseslərin avtomatlaşdırılması mühəndisliyi
 Kimya mühəndisliyi
 Universal dəzgahların idarəolunması
 Qaynaq 
Əlavə məlumat:
 Təqaüdün verilməsi
 Şirkət tərəfindən nəqliyyat və qidalanma
 Yaş həddi - 25
 Təcrübə saatları: 09:00-17:00
16

PAYLAŞ