WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
03 sen

“Araz Akademiyası” Maaşlı təcrübə qazandırmağa davam edir.

2022-ci ildən ümumilikdə 221 nəfər akademiyamızın “Karyerada ilk addım” təcrübə proqramının məzunu olub. Onlardan 76 nəfəri müxtəlif strukturlarda işlə təmin edilib. Hazırda şirkətimizdə karyeraya başlamaq istəyən motivasiyalı və istedadlı gənclər üçün ödənişli təcrübə proqramına növbəti qəbul elan edirik. 


Əziz gənclər, əgər pərakəndə ticarət sahəsində təcrübə qazanmaq istəyirsinizsə, bu proqram tam sizin üçündür. 

Tələblər:
* Bakalavr təhsili olan məzunlar;
* Yüksək ünsiyyət bacarıqları və komanda ilə işləmə qabiliyyəti;
* Diqqət və məsuliyyətli yanaşma;
* Azərbaycan dili səlis, ingilis dili bilikləri üstünlükdür.

Vəzifə öhdəlikləri:
* Təlimlərdə aktiv iştirak etmək, keçilənləri mənimsəmək və tətbiq etmək; 
* Şirkətin müxtəlif strukturlarında (İnsan resursları, kommersiya, maliyyə-mühasibatlıq, keyfiyyətə nəzarət, stokun idarə edilməsi, marketinq, IT və s.) təcrübə keçmək;
* Strukturlararası koordinasiyada iştirak etmək;
* Layihələrdə və gündəlik əməliyyatlarda iştirak etmək;
* Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.

Biz vəd edirik:
- Minimum əməkhaqqı;
- Nahar ilə təminat;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.

Vakansiyalara müraciət etmək istəyən namizədlər mövzu hissəsində “Karyerada ilk addım” qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Proqram oktyabr-dekabr aylarını əhatə etməklə 3 ay davam edəcək.
Müraciət üçün son tarix: 15 sentyabr 2024-cü il.
35

PAYLAŞ