WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
31 okt

Buraxılış imtahanları 2 dəfə keçiriləcək ? – “Nəticələr daha yaxşı olacaq”

Bəzi fikirlər səslənir ki, gələcəkdə buraxılış imtahanlarının da, qəbul imtahanları kimi 2 dəfə keçirilməsi nəzərdə tutulur.

 

Əgər buraxılış imtahanları 2 dəfə keçirilsə, bu abituriyentlərin nəticələrinə necə təsir edəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən, ekspert Adil Vəliyev bildirib ki, buraxılış imtahanı da qəbul imtahanı kimi 2 dəfə keçirilsə,  şagirdlərin nəticələri daha yaxşı olacaq:

 


“Ola bilər ki, 1- ci buraxılış imtahanında şagird həyəcanlanıb, hər hansı bir səbəbdən istədiyi nəticəni əldə edə bilməsin. Bu halda 2- ci cəhddə iştirak edərək, daha yaxşı nəticə göstərə bilər”.

 

Ekspert qeyd edib ki, buraxılış imtahanlarının 2 dəfə keçirilməsi üçün DİM ilə Elm və Təhsil Nazirliyi birgə fəalliyyət göstərməlidir:

 

“Başqa bir məsələ də var ki, keçən il və ondan əvvəlki illərdə imtahan vaxtı ilə bağlı narazılıqlar olub. Əgər buraxılış imtahanı iki dəfə olsa, bu zaman 1- ci buraxılış imtahanı martın əvvəllərinə gedib çıxacaq. Abituriyentlərin digər imtahanlara hazırlaşması üçün müsabiqələr arasında müəyyən məsafə olmalıdır. DİM bu üsulu tətbiq etmək istəsə, dərs mövzularının vaxtında yekunlaşması üçün Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq etməlidir. İlk buraxılış imtahanı keçirilən tarixə qədər hansı mövzular keçirilibsə, imtahana da o mövzular salınmalıdır. Düşünürəm ki, qeyd etdiyim nüanslara əməl edilsə, buraxılış imtahanlarının iki dəfə keçirilməsi daha məqsədəuyğun olacaq".

769

PAYLAŞ