WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
31 okt

Qız uşaqlarının təhsilə cəlb olunması üçün TƏKLİFLƏR

Statistikalara əsasən, Azərbaycanın orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin çoxu oğlanlardır.

 

Müşahidələr onu göstərir ki, qız uşaqlarının təhsildən yayınma faktları və Azərbaycanda doğulan uşaqların cins strukturunda oğlanların payı və artım tempi daha yüksək olması, sözügedən problemi yaradan səbəblərdəndir.

 

Hazırkı dövrdə bu mövzunun hələ də aktual olması narahatlığa səbəb olan məsələdir.

 

Mövzu ilə əlaqədar olaraq AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, təhsildən yayınma faktları respublikanın daha çox Cənub və Mərkəzi Aran rayonlarında müşahidə edilir:

 

“Qeyd edilən problem bir neçə ildir ki, var. Bunun yaranma səbəbi müxtəlifdir. Bundan əlavə, bəzi ərazilərdə şagirdlər 9-10-cu sinifdən erkən nigaha cəlb olunur. Təbii ki, bu istiqamətdə də müəyyən işlər görülməlidir. Birləşmiş Millətlər Təşkilatının açıqlamasında selektiv aborta görə 1-ci yeri tutan Azərbaycan oldu. Statistikada qız və oğlan uşaqlarının fərqləndirilməsi, eləcə də cəmiyyətin daha çox oğlan uşaqlarına marağı öz əksini tapıb”.

 

Ekspert qeyd edib ki, qız uşaqları üçün sosial layihələrin həyata keçirilməsi vacibdir:

 

 “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , eyni zamanda digər  qurumlar düzgün  addımlar atmalıdırlar ki, bu proses mənfi istiqamətə doğru irəliləməsin. Təhsil alan qız uşaqları üçün sosial layihələr həyata keçirmək lazımdır. Bu layihələr təhsil alan qız uşaqları üçün müəyyən təqaüdlərin verilməsi, onlara yardımların olunması və s. bu istiqamətdə işlər görməklə həm doğulmalarına, həm də təhsil almalarına bir növ təşviq etmiş olar.”

779

PAYLAŞ