WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
30 okt

Sertifikasiyadan keçən müəllimlərin maaş artımı hansı aydan hesablanacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, İbtidai sinif, Azərbaycan dili və Ədəbiyyat müəllimləri sertifikasiyanın müsahibə mərhələsinin nəticələri ilə tanış olub.

 

Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən verilən məlumata əsasən sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17914 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.

 

Sertifikasiyadan keçən müəllimləri ən çox maraqlandıran suallardan biri də maaşlarına olan 35 və 10 faizlik artımın hansı aydan hesablanacağı ilə bağlıdır.

 

AzEdu.az mövzunu aydınlaşdırmaq üçün Elm və Təhsil Nazirliyinə müraciət edib.

 

Nazirlikdən qeyd olunub ki, sertifikasiyadan keçən müəllimlərinin əməkhaqqı artımının hansı aydan hesablanacağı ilə bağlı məlumat hələ ki, yoxdur.

 

“Məlumat olduqda ictimaiyyətə təqdim olunacaq”- deyə qurumdan əlavə olunub.

 

Qeyd edək ki, ötən il sertifikasiyadan keçən İbtidai sinif müəllimlərinin vəzifə maaşlarına olan artım sentyabrdan hesablanıb.
369

PAYLAŞ