30 okt
Dövlət qulluqçuları üçün təlimlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğundan, Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər keçirilir.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, təlimlər 23 – 27 oktyabr 2023-cü il tarixləri aralığında Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı rayonunda “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”; “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” həmçinin “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”; “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilib.
Təlim zamanı mövzular çərçivəsində məlumat verilmiş, müzakirələr aparılmış, suallar cavablandırılmışdır. Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmışdır.
Qeyd edək ki, təlimlər təqvim üzrə ilin sonunadək davam edəcək.
168