WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
30 okt

Azərbaycan Türkiyədə keçirilən beynəlxalq konfransda təmsil olunub

Türkiyənin Aydın Adnan Menderes Universitetində 3-cü Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konfransı keçirilib.

 

AzEdu.az xəbər verir ki, 17 ölkədən 65 tədqiqatçı-alimin, Türkiyə universitetlərinin professor və müəllimlərinin, tələbələrin, dövlət, bələdiyyə və ictimai təşkilatların nümayəndələrinin qatıldıqları konfransda Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) əməkdaşı tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu “Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır” mövzusunda məruzə, həmçinin ingilis və türk dillərində videotəqdimat ilə çıxış edib.

 

Tədbirdə Şuşanın tarixi, Şuşa uğrunda döyüşlərin dünya hərb tarixindəki xüsusi yeri, hazırda ərazi bütövlüyünü tamamilə bərpa etmiş Azərbaycanın Qarabağda, Zəngəzurda, o cümlədən Şuşa şəhərində aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri və qardaş Türkiyə şirkətlərinin bu layihələrdə iştirakı barədə əyani informasiyalar maraqla qarşılanıb.

 

ADTM-in Azərbaycan həqiqiətlərinin dünyada təbliği layihəsi çərçivəsində son üç ildə 21 adda və mövzuda hazırladığı məqalə və videoçarxın hər birinin 12 dilə tərcümə edilərək 300-dək xarici media qurumunda yayıldığı qonaqların diqqətinə çatdırılıb.

 

Türkiyə Cümhuriyyətinin 100 illiyi günləri ərəfəsində təşkil olunmuş konfrans çərçivəsində keçirilən görüş və müzakirələr zamanı Azərbaycan-Türkiyə qardaşlığının tarixi kökləri, dünyada bənzəri olmayan müasir səviyyəsi, Türk Dövlətləri Təşkilatının perspektivləri barədə məlumatlar xarici ölkələrin təmsilçiləri tərəfindən məmnunluqla qarşılanıb.

 

Qeyd edək ki, konfransda ölkəmizin digər elm və təhsil müəssisələrinin təmsilçiləri də çıxış ediblər.
120

PAYLAŞ