WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
28 okt

Təhsil krediti alanların əksəriyyəti qadın tələbələrdir

Təhsil Tələbə Krediti Fondu kreditdən yararlanan tələbələrin statistikasını açıqlayıb.

 

 

 AzEdu.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. Təhsil kreditindən yararlananların 41,73 faizi kişi, 58,27 faizi isə qadın tələbələrdir.

 

 

Bildirilib ki, bu günə qədər 25 min təhsil tələbə krediti verilib. Kreditdən yararlananların 72,47 faizi bakalavr, 23,64 faizi magistratura və 3,88 faizi isə orta ixtisas təhsili səviyyələrində oxuyan tələbələrdir.

 

 

Rəsmiləşdirilən kreditlərin 36,12 faizi sosial, 63,88 faizi isə standart təhsil tələbə kreditidir.
106

PAYLAŞ