blog
28 okt

52 iddiaçıya diplom və attestatlar təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 52 iddiaçıya diplom və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim edilib.

 

Bu barədə AzEdu.az-a AAK-dan məlumat verilib.

 

Bildirilib ki, kimya, texnika elmləri, tibb elmləri, biologiya elmləri, iqtisad elmləri, siyasi elmlər, pedaqogika, fəlsəfə, psixologiya və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 35 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyə Respublikası Mərmərə Universitetinin Sosial Elmlər İnstitutunda sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.

 

Filologiya elmləri sahəsində “Dil nəzəriyyəsi” və “Türk xalqları ədəbiyyatı”, tibb elmləri sahəsində “Travmatologiya və ortopediya” və “Səhiyyə və onun təşkili”, biologiya elmləri sahəsində “Genetika” və “Zoologiya”, texnika elmləri sahəsində “İnşaat konstruksiyaları, bina və qurğular” və “Maşınlar, avadanlıqlar və proseslər”, riyaziyyat elm sahəsində “Diferensial tənliklər” və “Analiz və funksional analiz”, fizika elm sahəsində “Yarımkeçiricilər fizikası”, kimya elm sahəsində “Qeyri-üzvi kimya”, psixologiya elm sahəsində “Sosial psixologiya”, aqrar elmlər sahəsində “Kənd təsərrüfatı heyvanlarının yemlənməsi və yemlərin texnologiyası”, tarix elm sahəsində “Ümumi tarix” və iqtisad elmləri sahəsində “Ümumi iqtisadiyyat” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
56

PAYLAŞ