blog
27 okt

DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında növbəti məlumatlandırma sessiyası keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, tədbirdə elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov DAAD ilə AzTU arasında uzunmüddətli əməkdaşlıqdan, Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenbergin (BTU Cottbus-Senftenberg) ilə imzalanan ikili diplom proqramından və yeni yaradılan Alman mühəndislik fakültəsinin inkişaf perspektivlərindən danışıb.

 

Daha sonra DAAD-nin AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti, təqaüdlü yay kursları və magistratura səviyyəsi üzrə təqaüd proqramıları haqqında tələbələrə ətraflı məlumat verib.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
45

PAYLAŞ