WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
27 okt

Komissiyaların fəaliyyəti nədən ibarətdir? – “Onların funksiyasını anlaya bilmirəm”

Zaman-zaman məktəblərdə komissiyaların gələcəyi ilə bağlı məlumatlar yayılır. Şagirdlər tədrisin təşkili və keyfiyyətinin yoxlanmasına nəzarət edən komissyaların çox vaxt üzlərini belə görmürlər.

 

Belə olduğu halda sual yaranır. Bəs görəsən, məktəb komissiyaları yoxlamaları hansı amillər əsasında aparır? Onların funksiyası nədən ibarətdir?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Rafiq İsmayılov AzEdu.az-a açıqlama verib.

 

 

Ekspert qeyd edib ki, məktəb komissiyaları ancaq müəllimlərin dərs planını yoxlayır: “Komissiyalar müəllimlərin təqvim planına uyğun dərsi keçib-keçmədiklərin yoxlamaqla kifayətlənirlər. Halbuki müəllimin sərbəstlik hüququ var. O, istəyinə uyğun olaraq mövzuların yerini dəyişərək tədris edə bilər. Əsas nəticəyə baxmaq lazımdır.  

 

Hər bir fənn müəllimi bilir ki, il sonunda şagirddən hansı bilik və bacarıqlar tələb olunur. Buna görə də müəllimin tədris planını necə təşkil etməyini yox, sinfindəki şagirdlərin bilik səviyyəsi yoxlanılmalıdır. Məsələn, Azərbaycan dili fənnindən şagirdlərin dil qaydalarını nə dərəcədə bildiklərini, danışmağı, oxumağı bacardıqlarını və s. yoxlamaq lazımdır. Əgər bacarmırsa, o halda müəllimin günahıdır deyə bilərik. Çünki şagird müəllimin məhsuludur. İstehsalçıya qiymət vermək üçün mütləq məhsulu yoxlamaq lazımdır. Məhz bu nüansa əsasən müəllimi qiymətləndirmək olar.

 

Ekspert, məktəb komissiyalarının tez-tez formal xarakterli yoxlamaqlarını düzgün qəbul etmədiyini vurğulayıb: “Müəllimin keçdiyi dərsin effektivliyini bilmək üçün ilin sonunda şagirdi yoxlamaq lazımdır. Bu səbəbdən də komissiyaların funksiyasını anlaya bilmirəm”.

 
177

PAYLAŞ