WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
25 okt

Tələbə və şagirdlərin diqqətinə! - Leş ətlərlə hazırlanan dönərləri YEYİRSİNİZ

Hazırda gündəmi zəbt edən mövzulardan biri də 23 şagirdin dönərdən zəhərlənməsi ilə bağlıdır. Belə ki, şagirdlər Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yedikdən sonra zəhərləniblər.

 

Maraqlıdır, bəs tələbə və şagirdlərin ən çox yediyi qidalar sırasına daxil olan dönər, insanların sağlamlığına nə dərəcədə ziyan verir? Hansı hallarda bu qidadan istifadə edənlər zəhərlənə bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov qeyd edib ki, məhsulu ucuz almaq istəyənlər özlərini bilə-bilə zəhərləyirlər:

 

“Azərbaycanda çox bədbəxt bir tendensiya formalaşıb. Ucuz və bol olan hər məhsulu “yaxşı” adlandıraraq istifadə edirlər. Amma düşünmürlər ki, bunların hamısı pul tələsidir və yedikləri qidaların hazırlanması üçün istifadə olunan ətlərin mənşəyi məlum deyil. Bəzi dönərxanalar xüsusi bəslənən heyvanların ətlərini alırlar. Hansı ki, ətindən istifadə olunacaq heyvanın mənşəyi, hansı yemlə qidalandığı, saxlanıldığı vəziyyət məlumdur. Həmin ətlərdən hazırlanan dönərlərin qiyməti də bir qədər baha olur. Amma qeyd olunan zəhərlənmə faktları əsasən mənşəyi məlum olmayan, leş ətlərlə hazırlanan qidalarda olur”.

 

Mütəxəssis hansı halların zəhərlənməyə yol aça biləcəyini də diqqətə çatdırıb:

 

“Zəhərlənmə müxtəlif nüanslardan ola bilər. Az öncə qeyd etdiyim mənşəyi məlum olmayan ətlər birinci faktor olsa da, digər məsələlər də önəmlidir. Məsələn, ətin kəsildiyi şərait, daşınması, emalı, hansı temperaturda saxlanılması, şişə taxılma prosesi və s. Bunlar da zəhərlənməyə yol açan vacib məqamlardandır”.
193

PAYLAŞ