25 okt
"Qəbul imtahanlarını universitetlərin ixtiyarına verməliyik”- TƏKLİF
“Azərbaycanın ali təhsil müəssisələrində dərsə davamiyyət nə qədər vacibdir? “
Ötən günlərdə təhsil eksperti Vüsal Kərimli ictimaiyyətə sual ünvanlamış və dünya təcrübəsinə istinadən mövzunu şərh etmişdir.
“Dünya təcrübəsində bu məsələyə fərqli yanaşılır. Məsələn, Türkiyədə tələbə 25% dərs buraxa bilər, bizdə bu rəqəm daha humanistdir- 30%.
Amma niyə dərslərdə iştrak etmək vacibdir? Niyə universitetlərdə davamiyyət məcburi olmaldır?
Son illərdə cəmiyyətdə və texnologiyada hiper dəyişiklik və surət müxtəlif sahələrdə olduğu kimi ali təhsildə də özünü göstərir. Məcburi kadr yetişdirmək nə qədər faydalıdır?
Bakalavr və magistr pillələri üzrə fərqli yanaşmalar ola bilər”.
AzEdu.az xəbər verir ki, mövzuyla bağlı öz yanaşmalarını qeyd edən ekspert ali təhsil müəssisələrində məcburi davamiyyəti ləğv etmək üçün gərəkli tədbirləri də sadalayıb:
"İlk növbədə cəmiyyəti dərslərdə iştirak etməyin vacibliyi və faydası haqqında marifləndirməliyik. Sonrakı addım dərsləri daha maraqlı və cəlbedici etməkdir. Əsas məsələlərdən biri də professor-müəllimlərin həftəlik dərs yükü həddinin müəyyən olunmasıdır".
Ekspertin təklifinə görə qəbul imtahanları da mərhələli şəkildə universitetlərin ixtiyarına verilməlidir.
"Universitetlərdə tədris proqramlarını bazarın tələblərinə uyğun etməli və tələbə auditoriyalarını beynəlxalq standartlara uyğun qurmalıyıq".
164