25 okt
DİM təlim təşkil edib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar 25 oktyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən Bakı şəhərində yerləşən mərkəzi icra hakimiyyəti orqanlarının vətəndaşlarla iş üzrə inzibati və yardımçı vəzifələrdə çalışan 15 nəfər dövlət qulluqçusu üçün “Xidmət mədəniyyəti və vətəndaş məmnuniyyətinin təmin edilməsi şərtləri” mövzusunda təlim keçirilib.
Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, təlim zamanı iştirakçılar xidmət mədəniyyəti, onun xüsusiyyətləri, eləcə də vətəndaşlara xidmət zamanı məmnuniyyətin təmin edilməsi mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.
232