24 okt
Təhsil müəssisələrində çalışan ocaqçılar təlimlərə cəlb olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində ocaqçı vəzifəsində çalışan işçilər üçün təlimlərə start verilib.
BŞTİ-dən AzEdu.az-a bildirilib ki, paytaxtın 12 rayonu üzrə təşkil olunan təlimlər “Azəristiliktəchizat” ASC-nin yüksək dərəcəli mütəxəssisləri tərəfindən keçirilir.
Təlimlərin keçirilməsinin əsas məqsədi qazanxanalarda əməyin mühafizəsinin təşkili, qurğuların təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və texniki istismar qaydalarının tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi ilə bağlı ocaqçıların bilik və bacarıqlarını artırmaqdan ibarətdir.
Daha sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzularla bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, oktyabrın sonuna kimi davam etdirilməsi nəzərdə tutulan təlimlərə 300-ə yaxın ocaqçının cəlb olunması nəzərdə tutulur.
148