blog
21 okt

ADNSU-ya ekskursiya təşkil olunub

“Caspian Energy Club” tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) ekskursiya təşkil olunub.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

Ekskursiyada Latviya, Estoniya və Finlandiyanın təhsil qurumlarının, şirkət və universitetlərin nümayəndələri iştirak ediblər.

 

İştirakçılar ADNSU və Azərbaycan-Fransız Universitetinin (UFAZ) auditoriyaları ilə tanış olublar.

Sonra Heydər Əliyev lektoriyası ilə tanış olan nümayəndə heyətinə Ümummilli Lider Heydər Əliyevin zəngin irsi haqqında məlumat verilib.

 

Qonaqlar ADNSU-nun zəngin mineral eksponatların toplandığı Mineralogiya Muzeyini ziyarət edib, muzeyin direktoru, dosent Ağamehdi Ağayev mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar barədə məlumat verib.

59

PAYLAŞ