WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
20 okt

“Bu ixtisas lazım deyil” fikri yalnışdır - DEPUTAT

Son dönəmlər ölkənin və cəmiyyətin tələbindən asılı olaraq universitetlərdə yeni ixtisaslar yaradılır. Məlum olduğu kimi belə ixtisaslar dövrün ehtiyacında asılı olaraq meydana gəlir. Əgər dövrün tələbinə uyğun ixtisaslar yaradılırsa, bu o deməkdir ki, müəyyən ixtisaslara da tələbat azala bilər.

 

Mövzu haqqında AzEdu.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov hər hansısa bir ixtisasın tamamilə ləğv olacağını hesab etmir:

 

“Yeni ixtisasların açılması önəmli məsələdir. Lakin bu düzgün şəkildə aparılmalıdır. Elə bir formada təşkil olunmalıdır ki, sistem pozulmasın. Sovet dövründə müəyyən bir sistem, ixtisaslaşmış universitetlər var idi. Biz çalışmalıyıq ki, bu ixtisaslaşmanı gözləyək və bu istiqamətdə irəliləməyə davam etsin. Düşünmürəm ki, hər hansı bir ixtisas tamamilə ləğv olunmalıdır. Sadəcə olaraq həmin ixtisaslarda bəzi məlumatlara yenidən baxıla bilər”.

 

Deputatın fikrincə, “bu ixtisas lazım deyil” fikri yalnışdır:

 

“Ümumiyyətlə, “bu ixtisas lazım deyil” fikri ilə razı deyiləm. Bu gün daha çox texniki elmlərə üstünlük verilir. Məsələn, həndəsə, informasiya texnologiyaları, mühəndislik və s. İnsanlar humanitar sahə ilə yanaşı, texniki sahələrə də üstünlük verməli və bu sahədə yetişib püxtələşməlidir”.

 

Müsahibimiz onu da qeyd edir ki, bəzi ixtisaslar üzrə dar sahə istiqamətində getmək lazımdır:

 

“Ümumi ixtisaslar daha çoxdur, məsələn, medianın bir neçə istiqaməti var. Dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanda bazar araşdırılıb, həmin bazarda nəyə daha çox tələbat varsa, o sahədə məlumatlar alınmalıdır”.

 

Esmira Əliyeva
249

PAYLAŞ