20 okt
Müəllif: Dərsliklərin DİM-in proqramına uyğunlaşması mütləq deyil
Bir çoxları tərəfindən məktəb dərslikləri ilə ali təhsil müəssisələrinə qəbul planının uyğunlaşmadığına dair fikirlər səsləndirir.
Həmçinin şagirdlər də qeyd edir ki, dərs proqramları aydın deyil və qəbul imtahanlarına hazırlıq üçün kifayət qədər məlumat yoxdur.
Mövzu ilə əlaqədar I-VII sinif Azərbaycan dili dərsliyinin müəllifi, təhsil eksperti Rafiq İsmayılov AzEdu.az-a açıqlama verib.
Müəllif bildirib ki, dərsliklərin DİM-in proqramına uyğunlaşması mütləq deyil:
“İmtahan proqramları dərsliklərə uyğunlaşmalıdır. Bu, aksiomdur: əvvəl tədris, sonra qiymətləndirmə. İmtahanda tədris olunan bilik və bacarıqlar qiymətləndirilməlidir”.
R.İsmayılov dərsliklərdəki materialların azlığı ilə bağlı qeyd edib ki, materialların azlığı ekspertlərin səlahiyyətindədir: “Hər bir dərslik işıq üzü görənə kimi 4-5 qat ələkdən keçir. Onlardan biri də DİM-in ekspertizasıdır”.
Sifayə Abbas
102