20 okt
“Münaqişələrin idarə olunması” mövzusunda təlim təşkil edilib
19-20 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Münaqişələrin idarə olunması” mövzusunda təlim keçirilib.Təlimə nazirliyin 28 əməkdaşı cəlb olunub.
Azedu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova və böyük məsləhətçisi Sevinc Məmmədova tərəfindən nəzəri və praktiki hissələrdən ibarət təlim keçirilib. Təlim zamanı münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya barədə iştirakçılara məlumat verilib. Münaqişəli vəziyyətləri qiymətləndirmək və konstruktiv həll yollarını müəyyən etmək kimi bacarıqların formalaşması məqsədilə iştirakçılar keyslər və videoçarxlar üzərində fərdi və qrup şəklində işləyiblər. Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.
110