19 okt
“Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 295 nömrəli tam orta məktəb və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda “Dəyirmi masa” keçirilib.
AzEdu.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən “Dəyirmi masa”da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyev, millət vəkilləri Əliabbas Salahzadə və Aydın Mirzəzadə, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu RİH başçısının müavini Rəna Fərəcova, BŞTİ-nin sektor müdiri Günay Qurbanova, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, şagirdlər və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra qonaqlar məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva anadan olmasının 100-cü ildönümü qeyd edilən dahi rəhbərə olan ümumxalq sevgisindən söz açıb. Bildirib ki, illər ötdükcə daha da artan bu sevginin bünövrəsində ölkəsinin, millətinin xoşbəxtliyinə, firavanlığına həsr olunmuş bir ömür dayanır. M.Vəliyeva xalqın Ümummilli Liderinə olan məhəbbətini həm də bu gün bizlərə ərmağan edilən müasir, müstəqil Azərbaycanın memarına olan ehtiram kimi səciyyəndirib.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti özündən sonra uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yürütdüyü uzaqgörən siyasət nəticəsində Qarabağ münaqişəsinə birdəfəlik son qoydu.
Digər çıxış edənlər Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyması, bütün sahələrdə yaranan əsaslı dönüş, həyata keçirilən islahatlar barədə danışıblar. Qeyd olunub ki, Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin yürütdüyü siyasət və Azərbaycan Ordusunun şücaəti nəticəsində 30 illik işğala son qoyulması onu göstərdi ki, tariximizin Heydər Əliyev mərhələsi davam edir.
“Dəyirmi masa” qonaqların mövzu ətrafında müzakirələri ilə davam edib.
209