WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
18 okt

Təkrar sertifikasiyadan kəsilənlər ŞİKAYƏTÇİDİR - “Həmin müəllimlər haqq tələb edə bilməz!”

Məlum olduğu kimi, sertifikasiya imtahanından ikinci dəfə uğursuz nəticə əldə edən 743 müəllimin əmək müqaviləsini xitam verilib. Həmin bir qrup müəllim bu barədə Nazirlər Kabinetinin qarşısında şikayətini bildirib.

 

Onlar əmək müqaviləsinə xitam verilməsi məsələsi insanlarda fikir ayrılığına səbəb olub. Kimisi sertifikasiyadan kəsilən müəllimlərdə günah görmür, bütövlükdə təhsil sistemini tənqid edir, kimisi isə öz ixtisasını bilməyənlərin işdən çıxarılmasını haqlı hesab edir.

 

Bu barədə Azedu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev isə deyir ki, öz fənnini bilməyən şəxsin nə dərəcədə tədris apardığı sual altındadır.

 

Ekspert Elm və Təhsil Nazirliyinin müəllimlər üçün yaratdığı şəraiti əsas gətirərək deyir ki, birinci dəfə uğursuz olan müəllim, ikinci şansda özünü sübut edə bilərdi:

 

“Sertifikasiyanın birinci mərhələsindən keçə bilməyənlər üçün ETN tərəfindən şans yaradıldı. Həmin müəllimlır üçün müəyyən təlimlər təşkil olundu və növbəti dəfə sertifikasiya imtahanı keçirildi. Əgər müəllimlər birincin mərhələdə bilik və savadlarını göstərə bilməyiblərsə, keçirilən ikinci imtahanda bu problemi aradan qaldırmaq üçün onların şansı var idi. Ancaq təssüf ki, 743 nəfər müəllim ikinci dəfə uğursuz oldu. Bu səbəbdən də həmin şəxslərin əmək müqaviləsinə xitam verildi. Düşünürəm ki, bu haqlı bir addımdır. Həmin 743 nəfər illərdir ki, bizim övladlarımıza “dərs” keçirlər”.

 

Müsahibimiz şikayət edib haqlarını tələb edən müəllimlərin illərdir aldıqları maaşı hesablayıb, nəticəyə uyğun məsələni aydınlaşdırmağı təklif edir:

 

“Öz haqlarını tələb edən müəllimlərin fəaliyyət göstərdikləri illər ərzində nə qədər maaş aldığını hesablamaq və dövlətin büdcəsinə nə qədər ziyan vurduqlarını aydınlaşdırmaq lazımdır. Öz ixtisasını tədris edə bilməyən, illərlə bu savadla uşaqlarımıza dərs keçən müəllim hansı haqdan danışa bilər?! Öz ixtisası üzrə fəaliyyətini davam etdirməyi necə tələb edə bilər?!”.

 

“İstənilən bəhanə qəbul edilməzdir. Çünki 2 dəfə şans verilib və imtahan da illərdir tədris etdikləri fəndən olub”.

132

PAYLAŞ