WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
17 okt

“Bir məktəb-bir klub” layihəsinə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Sağlam Həyatın Təbliği” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Bir məktəb-bir klub” layihəsinin təqdimatı keçirilib.  

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib. 

 

Bildirilib ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, idman federasiyalarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Mərasimdə iştirakçılara layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi gənc nəslin sağlam böyüməsi üçün fiziki tərbiyə dərslərinin keyfiyyətinin və idmanda kütləviliyin artırılmasına nail olmaqdan ibarətdir. Ümumi təhsil məktəblərində dərsdənkənar məşğələlərdə idman federasiyaları ilə əməkdaşlığın qurulması və müxtəlif idman növləri ilə məktəblilərin məşğul olmalarını təmin etmək də layihənin əsas hədəflərindəndir.

 

Sonda layihə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
139

PAYLAŞ