17 okt
Metodist hazırlığı təlimlərinə 250-yə yaxın müəllim cəlb olunub
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən məktəblərdə metodik xidmətə cəlb ediləcək müəllimlərin hazırlığı istiqamətində təlimlər davam edir.
İnstitutdan AzEdu.az-a bildirilib ki, təlimlərə respublikanın müxtəlif şəhər və regionlarından ümumilikdə 250-yə yaxın müəllim cəlb olunub. Təlimlərin təşkilində məqsəd məktəblərdə metodik xidmət göstərmək üçün lazım olan bilik və bacarıqların təkmilləşdirilməsidir.
Təlim müddətində iştirakçılar real öyrənmə mühitinə və müzakirələrə cəlb olunmaqla təcrübə mübadiləsi imkanı əldə edirlər.
Qeyd edək ki, metodist hazırlığı üçün təlimlərə Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən təşkil edilən müsabiqədən uğurla keçən müəllimlər cəlb olunublar. Təlimlərdən uğurla keçən iştirakçıların isə metodist bazasına əlavə olunması və metodik xidmətə cəlb edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, təlimlər sentyabrın 23-dən başlanıb.
104