WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
17 okt

Bu şəxslərin təhsil haqqını dövlət ÖDƏYƏCƏK

Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

 

AzEdu.az xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qanun layihəsinə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin kateqoriyası genişləndirilib. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin də artıq dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
104

PAYLAŞ