WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
16 okt

UNEC-də elmi-tədqiqat müsabiqəsinin ilkin mərhələsi keçirilib

UNEC-in bütün tədris binalarında "IV Science Slam" elmi-tədqiqat müsabiqəsinin ilkin mərhələsi keçirilib.
 

Azedu.az xəbər verir ki, tədbirın əvvəlində Tələbələrlə iş üzrə prorektor dos.Səadət Qəndilova tədqiqat müsabiqəsinin iştirakçılarına uğurlar arzulayıb.

 

Tələbə Elmi Cəmiyyətinin sədri Jalə Teymurlu tədbirdə TEC-in fəaliyyəti və "Science Slam" barədə, Elmi rəhbəri Emin Qəribli elmi-tədqiqat məqalələrinin necə yazılması haqqında tələbələrə ətraflı məlumatlar veriblər.

 

“Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllimləri Nərgiz Seyidzadə, Könül Qasımova, Sevinc Burzuyeva tələbələrə Soft skills bacarıqlarını təkmilləşdirmək üçün xüsusi diqqət yetirməli olduqları məqamları diqqətə çatdırıblar.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

110

PAYLAŞ