WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
16 okt

“Deneyap” gələcəyin texnologiya istedadlarını yetişdirir

“Deneyap” laboratoriyasına 80 paytaxt məktəblisi cəlb olunub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, məktəblilərə XXI əsr bacarıqlarını əldə etməyə imkan verən “Deneyap” texnologiya laboratoriyasında şagirdlər dizayn və istehsal, robototexnika və kodlaşdırma, aviasiya və kosmik texnologiyalar, nanotexnologiya və materialşünaslıq, süni intellekt, kibertəhlükəsizlik, mobil tətbiq və digər mövzular üzrə iki illik texnologiya təhsili alırlar.

 

Qeyd edək ki, layihə əsaslı “Deneyap” texnologiya laboratoriyası gələcək dövrün ehtiyaclarını nəzərə alan, gündəlik həyat problemlərinin həllinə yönələn kompleks və fərqli təhsil modelidir. Laboratoriyada keçirilən təlim proqramları gələcəyin texnologiya istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin bu istiqamətdə inkişafını hədəfləyir.

 

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı çərçivəsində yaradılan “Bilim Bakı” Mərkəzinin “Deneyap” texnologiya laboratoriyasının təlim proqramlarında 4, 5, 6 və 7-ci sinif şagirdləri iştirak edirlər.

100

PAYLAŞ