Şərqşünas alim İstanbulda beynəlxalq forumda məruzə edib
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova Türkiyənin İstanbul şəhərində keçirilən “Mərkəzi Asiya müsəlmanları XXI əsrdə: çağırışlar, imkanlar, perspektivlər” mövzusunda beynəlxalq elmi forumda iştirak edir.
İnstitutdan AzEdu.az-a bildirilib ki, Leyla Məlikova forumda “XXI əsrdə İslam ənənəsi problemi kontekstində Azərbaycan müsəlmanlarının kimliyinin formalaşma mərhələlərinin müqayisəli təhlili” mövzusunda məruzə edib. Məruzədə XX-XXI əsrlərdə Azərbaycan müsəlmanlarının dini şüurunun təkamülü və xüsusiyyətləri, İslamın Azərbaycan müsəlmanlarının identikliyinin formalaşmasında oynadığı rol, yeni geosiyasi dəyişikliklərin və yeni çağırışların müasir Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasına təsiri, o cümlədən Azərbaycanın İkinci Qarabağ müharibəsində şanlı qələbəsindən sonra bütün Cənubi Qafqazda oynadığı xüsusi rolu işıqlandırılıb.
Forum oktyabrın 19-dək davam edəcək.