16 okt
Dövlət İmtahan Mərkəzi sığortaçı seçir
Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşların könüllü tibbi sığortası üçün açıq tender elan edib.
AzEdu.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manat təşkil edir.
İddiaçılar ilkin sənədləri noyabrın 3-ü, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə noyabrın 15-i, saat 17:00-a qədər DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 16-sı, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Hazırda bu xidmətləri Dövlət İmtahan Mərkəzinə "Azərbaycan Sənaye Sığorta" ASC göstərir. Bu sığorta xidmətinin dəyəri 190 min manat təşkil edir.
102