14 okt
Elm və Təhsil Naziri Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri ilə görüşüb
Oktyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
Azedu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində ispan dilinin tədrisi imkanları, iki ölkənin ümumi təhsil müəssisələri arasında “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsi, habelə universitetlər arasında tələbə və müəllim mübadiləsinin aparılması məsələləri müzakirə edilib.
103