WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
14 okt

Azərbaycanlı alim ilk dəfə olaraq Rusiya Təhsil Akademiyasının üzvü seçildi

Moskvada keçirilən Rusiya Təhsil Akademiyasının 80 illik yubiley tədbirində sosiologiya elmləri doktoru, professor Vaqif Bayramov həmin akademiyanın müxbir üzvü seçilib.

 

Azedu.az xəbər verir ki, 2006-2021-ci illərdə Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru işləmiş professor Vaqif Bayramov Rusiya Təhsil Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlı oldu.

 

O, eyni zamanda Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Humanitar Elmlər Akademiyasının üzvüdür.

 

Prof. Vaqif Bayramov 2013-cü ildə II dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni, 2017-ci ildə isə Azərbaycan və Rusiya arasında təhsil əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
109

PAYLAŞ