13 okt
Azərbaycan - Türkiyə Universitetinin yaradılması ilə bağlı müzakirə olub
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Nümayəndə heyəti Azərbaycan-Türkiyə Universitetinin (ATU) təsis edilməsi istiqamətində müzakirələrin davam etdirilməsi məqsədilə Türkiyənin Ali Təhsil Şurasında görüş keçirib.
Görüş zamanı ATU-nun yaradılması üzrə hüquqi çərçivənin formalaşdırılması istiqamətində danışıqlar davam etdirilib.
Daha sonra nümayəndə heyəti Bilkent Universitetinin texnoparkına baxış keçirib və universitetin rektoru Kürşat Aydoğan ilə görüşüb.
98