WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
13 okt

Məhkəmə orqanlarının nümayəndələri üçün təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar 13 oktyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən Bakı və Sumqayıt şəhərlərində yerləşən məhkəmə orqanlarının vətəndaşlarla iş üzrə inzibati və yardımçı vəzifələrdə çalışan 17 nəfər dövlət qulluqçusu üçün “Xidmət mədəniyyəti və vətəndaş məmnuniyyətinin təmin edilməsi şərtləri” mövzusunda təlim keçirilib.

 

AzEdu.az-ın xəbərinə görə təlim zamanı iştirakçılar xidmət mədəniyyəti, onun xüsusiyyətləri, eləcə də vətəndaşlara xidmət zamanı məmnuniyyətin təmin edilməsi mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.

108

PAYLAŞ