WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
13 okt

Tələbələr Təhsil Tələbə Krediti ilə bağlı məlumatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı məlumatlandırma xarakterli görüş təşkil olunub.

 

 AzEdu.az xəbər verir ki ,görüşdə TTKF-in əməkdaşı Fatimə Abdullayeva Elm və Təhsil Nazirliyinin tabeliyində olan Fondun Nizamnaməsi, fəaliyyət istiqamətləri, məqsədi haqda məlumat verib. Bildirilib ki, təhsil tələbə kredit sisteminin tətbiqi ilə təhsilə əlçatanlığı təmin etmək, bu sahədə bərabər imkanlar yaratmaq, eyni zamanda təhsilin əhatə dairəsini genişləndirmək vəzifəsi daşıyan Fond bu missiyanı sosial və standart olmaqla, iki növ kredit üzərindən həyata keçirir.

 

Kredit növlərinin əsas fərqləri, əhatə dairəsi, müraciət qaydaları, güzəşt və möhlət hüququnun tətbiq şərtləri və s. məsələlərlə bağlı geniş informasiyalar təqdim edən F.Abdullayeva gözlənilən yeniliklərdən də danışıb.

 

Tələbələri Fondun verdiyi üstünlüklərdən fəal şəkildə yararlanmağa çağıran F.Abdullayeva özünün də hazırda bu layihənin iştirakçısı olduğunu, ikinci ali təhsilini məhz TTKF-in vəsaiti hesabına sosial təhsil krediti istiqaməti üzərindən davam etdirdiyini vurğulayıb.Sonra tələbələri maraqlandıran suallar TTKF əməkdaşı tərəfindən ətraflı cavablandırılıb.
132

PAYLAŞ