12 okt
Nazir Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri ilə görüşüb
Oktyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Orinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edək ki, nümayəndə heyəti 10 – 15 oktyabr tarixlərində ölkəmizdə təcrübə səfərindədir. “Ümumi və peşə təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən səfərin məqsədi ümumi və peşə təhsili sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsidir.
Səfər çərçivəsində ADA Universiteti, Bakı Ali Neft Məktəbi, STEAM İnnovasiya Mərkəzi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və 132-134 saylı təhsil kompleksinə ziyarət nəzərdə tutulur.
135