12 okt
Xankəndi Universitetinin bərpası ilə bağlı NAZİRLİKDƏN CAVAB
Bu yaxınlarda elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ Universitetinin yaradılacağı ilə bağlı məlumat verib. Nazirin bu çıxışı Xankəndi Pedaqoji İnstitutunun bərpa edilib Xankəndi Universiteti adı ilə fəaliyyətə başlaması məsələsini gündəmə gətirir. Belə bir məsələnin ETN-in gələcək planları arasında yer alıb almadığı ilə bağlı suallar əslən Xankəndidən olan sakinlərin diqqət mərkəzindədir.
Xankəndi Universitetinin bərpa olunub olunmayacağı ilə bağlı hər hansı bir qərar var? Ümumilikdə, belə bir məsələ Elm və Təhil Nazirliyinin gündəmindədir?
Mövzu ilə bağlı AzEdu.az-ın sorğusuna cavab verən Elm və Təhsil Nazirliyi tərəfindən bildirilib:
“Bu barədə məlumat olduğu halda ictimaiyyətə açıqlanacaq”.
Əlavə olaraq onu da qeyd edək ki, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva da təkcə institutun bərpası ilə kifayətlənməməli, digər universitetlərin də filiallarının açılmalı olduğunu zəruri hesab edir.
147