WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
11 okt

Bu gün Beynəlxalq Qızlar günüdür

Bu gün - 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar günü kimi qeyd edilir.

 

AzEdu.az xəbər verir ki, bu günün qeyd olunmasında əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

 

Təhsil konstutsion hüquq olmaqla yanaşı ölkədə iqtisadi artım, elm, təhsil, mədəniyyətin inkişafı, sülh, sabitliyin əsas elementlərindən biridir və bu cəmiyyətləri uğura aparan əsas hərəkətverici qüvvədir. Cəmiyyətdə qadınlar ən az kişilər qədər savadlı olmalıdır. Qızlara təhsil verməyən ölkələr hər zaman inkişafdan geri qalır. Qızların təhsilsizliyi cəmiyyətləri fəlakətə sürükləyir! Xaqların güclənməsi və inkişafı qızların təhsil səviyyəsi ilə bərabər inkişaf edir.

 

Təhsilli qadın, güclü cəmiyyət və xoşbəxt gələcək deməkdir! 
132

PAYLAŞ