10 okt
Qarabağ Universiteti yeni standartlarla...
Elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən tibb təhsili üzrə beynəlxalq konfransda çıxışı zamanı Qarabağ Universitetinin konseptinin hazırlandığını qeyd etdi.
Belə ki, nazir Ağdamda universitet binasının inşa ediləcəyini diqqətə çatdıraraq qeyd edib ki, "İstərdik ki, orada tibb sahəsi tədris olunsun. Bu sahədə fəaliyyət istiqamətində əməkdaşlığa hazırıq".
Maraqlıdır, bəs Qarabağ Universitetinin yaradılması təhsilə nə kimi töhfə verəcək?
Mövzu ilə bağlı AzEdu.az-a açıqalama verən deputat Ceyhun Məmmədovun sözlərinə görə Qarabağ Universitetində təsilimiz üçün bütün vacib ixtisaslar tədris olunmalıdır:
Açıklama yok.
“Azad olunan ərazilərimizdə təhsillə bağlı bu addımların atılması çox önəmlidir. Azərbaycanın torpaqları işğaldan azad olunandan sonra ən çox müzakirə olunan məsələlərdən biri bu ərazilərdə təhsillə bağlı görüləcək işlərlə bağlı idi. Hesab edirəm ki, Ağdamda Qarabağ Universitetinin yaradılması mühim əhəmiyyət kəsb edir. Təkcə Qarabağda deyil, Şərqi Zəngəzurda da belə bir universitetin fəaliyyət göstərməsinə ehtiyac var. Ümumiyyətlə Azərbaycanda tez-tez müzakirə edilən mövzulardan biri universitetlərin bölgələrə köçürülməsi ilə bağlıdır. Amma hesab edirəm ki, universitetlərin bölgələrə köçürülməsi deyil, bölgələrdə yeni universitetlərin yaradılmasına ehtiyac var. Qarabağ Universitetində yalnız tibb sahəsi deyil, bir çox vacib sahələr üzrə təhsilə yer verə bilərik. Məsələn, mühəndislik, İT və s. Düşünürəm ki, bu, təhsilimizin inkişafı üçün mühim bir addım olacaq”.
AzEdu.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, Ağdamada Qarabağ Universitetinin yaradılması təhsilin inkişafına böyük dəstək olacaq:
“Məlumdur ki, işğaldan azad olunan ərazilərimidə böyük layihələr həyata keçirilir. Çox sayda məktəblər, bağçalar, xəstəxanalar və s. tikilməyə başlayıb. Bu istiqamətdə Ağdamda Qarabağ Universitetinin tikilməsi böyük əhəmiyyət kəsb edən məsələdir. Bildiyiniz kimi, Qarabağa “Böyük qayıdış”prosesi davam edir. Yurdundan didərgin düşmüş vətəndaşlarımız öz torpaqlarına köçməyə başlayıb. Həmin ərazilərdə əhalinin rahat yaşaması üçün əlverişli şərait yaradılır. Bu səbəbdən işğaldan azad olunmuş ərazilərdə universitetlərin tikilməsi vacib bir addım idi. Düşünürəm ki, Qarabağ Universiteti beynəlxalq standartlara cavab verən ali təhsil müəssisəsi olacaq. Burada yetişən kadrlar Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcək”.
114