10 okt
Təhsil işçiləri üçün təlimlər keçirilir
Elm və Təhsil Nazirliyi ilə ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən vətəndaş məmnuniyyətinin artırılması məqsədilə təlimlər keçirilir.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim proqramına məktəb direktorları, direktor müavinləri, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, regional təhsil idarələri və onların yerli sektorlarının əməkdaşları cəlb olunublar.
Təlimin əsas məqsədlərindən biri vətəndaşlarla çalışan təhsil işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bilavasitə vətəndaş məmnuniyyətinin artırılmasıdır.
Təlim proqramı vətəndaş məmnuniyyətində “ASAN xidmət” modeli, emosiyaların idarə edilməsi, effektiv ünsiyyət bacarıqları kimi 3 əsas mövzunu əhatə edir.
2 gün müddətində davam edəcək təlimlərdə 700 təhsil işçisinin iştirakı nəzərdə tutulub.
121