WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
09 okt

Şərqi Zəngəzurda təhsil alan şagirdlərin sayı AÇIQLANIB

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Prezident İlham Əliyevin sərəncamına əsasən Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, və Cəbrayıl rayon təhsil şöbələrinin əsasında yaradılıb.

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində 318 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

 

Bəs bu məktəblərdə nə qədər şagird təhsil alır?

 

Sözügedən mövzu ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, ümumi idarə üzrə şagirdlərin sayı 53828 nəfərdir.

 

"Cəbrayıl rayonu üzrə 9279 , Kəlbəcər rayonu üzrə 15054, Qubadlı rayonu üzrə 10912 , Laçın rayonu üzrə 13656, Zəngilan rayonu üzrə isə 4927 təhsilalan mövcuddur"- deyə idarədən bildirilib.

 
91

PAYLAŞ