07 okt
Şagirdlərin Qiymətləndirilməsi işçi qrupunun üçüncü təlimi...
Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutunun benefisiar olduğu “Azərbaycanda Təhsil Sisteminin Dayanıqlığının Gücləndirilməsi və AzMKÇ 5-ci Səviyyə Kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsi çərçivəsində yaradılmış Şagirdlərin Qiymətləndirilməsi işçi qrupunun üçüncü təlim görüşləri 4-6 oktyabr tarixlərində baş tutub.
AzEdu.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd Şagirdlərin Qiymətləndirilməsi Lüğətinin layihəsini yekunlaşdırmaq, məktəbdaxili qiymətləndirmənin (MDQ) bütün növlərini araşdırmaq, formativ qiymətləndirmə üsullarını tətbiq etmək, müəllimlər üçün MDQ üzrə təlimatların struktur/konsepsiyası üzrə təklifi nəzərdən keçirmək və yekunlaşdırmaq, müəllimlər/şagirdlər üçün MDQ üzrə təlimatların məzmununu nəzərdən keçirmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək olub.
Təlimlərdə spiker qismində Maya Yukiç çıxış edib. Təlimlər zamanı iştirakçılar layihə çərçivəsində hazırlanmış Şagirdlərin Qiymətləndirilməsinə aid terminlərin Lüğəti layihəsinin müzakirəsi və təkmilləşdirilməsi üzrə təkliflər təqdim edib və məktəbdaxili formativ qiymətləndirməyə aid təlimat hazırlayıblar.
Təlimlərin sonunda iştirakçılar Şagirdlərin Qiymətləndirilməsinin müxtəlif aspektrləri haqqında beynəlxalq təcrübənin öyrənilməsi, eyni zamanda yeni qiymətləndirmə konsepsiyasının hazırlanmasında iştirak edərək müasir yanaşmanın tətbiq edilməsi ilə bağlı ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, sözügedən işçi qrupunda 35 nəfər iştirak edir.
294