05 okt
Yeni tədris ilində işə götürülən müəllimlərin sayı AÇIQLANDI
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələrinə əsasən 4 368 nəfər müddətsiz müqavilə əsasında işlə təmin olunub.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, müddətli müqavilə ilə vakansiya seçimlərində 2 351 nəfər uğur qazanıb. Bu günə qədər əlavə yerləşdirmə mərhələsi üzrə isə 1 022 nəfər müddətli müqavilə əsasında işləmək imkanı əldə edib.
241