04 okt
DİM-də 3 xarici dil fənni üzrə işçi qruplarının ilk iclasları keçirilib
Gündəlik məsələ imtahan proqramları və imtahan modellərinə uyğun sınaq imtahanı variantının müzakirəsi olub.
AzEdu.az xəbər verir ki, iclaslarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva işçi qruplarının üzvlərini iş planı ilə tanış edərək, buraxılış və qəbul imtahanları proqramlarının sentyabr ayında DİM-in saytında yerləşdirildiyini bildirib. Beləliklə, şagirdlər və abituriyentlər dərs ilinin əvvəlindən proqramların məzmunu, ədəbiyyat siyahısı və dərsliklərlə bağlı materiallarla tanış ola bilərlər.
Daha sonra iclaslarda sınaq imtahanı variantının müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclası 11 oktyabr 2023-cü il tarixində olacaq.
124