WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
03 okt

ATM seçərkən diqqət olunmalı məqamlar - Akkreditasiya, reytinqlər..

“Əgər təhsilin köməyi ilə insan bir qrup şəxsi effektiv idarə etməyi öyrənirsə, deməli təhsil biznesdir”.

 

AzEdu.az xəbər verir ki, bunu Lənkəran Dövlət Universitetinin Təhsildə Qiymətləndirmə və Monitorinq üzrə təhsil alan tələbəsi, Tarix və Coğrafiya müəllimi Kamil Zeynalov deyib.

 

Onun sözlərinə görə, ümumi təhsildə məktəb seçərkən bəzi valideynlər məktəbin göstəricilərinə baxırlar, daha çox universitetdə qəbul olanların sayına önəm verirlər:

 

“Amma ATM -i seçərkən bu göstəricilərə demək olar ki 10% abituriyentlər nəzərdən keçirib seçim edirlər. Daha çox işə qəbul və tələbə sayını əsas götürürlər. Fikrimcə, bu cür seçim səhvdir. Mən də bu aspektdən seçim etdiyim üçün ağırılı nəticəsi ilə qarşılaşıram”.

 

K.Zeynallını araşdırmalarına əsasən deyir ki, seçim edərkən əsasən bir sıra göstəricilər nəzərə alınmalıdır:

 

   1.Akkreditasiya.

 

   2.Reytinqlər

 

   3.Təcrübələr harada keçirilir (ən vacib amil). Təhsili təcrübəyə maksimal yaxınlaşdırılmalıdır. Buna görə təcrübə mərhələsi çox əhəmiyyətlidir. Bir qayda olaraq, universitetlərin mötəbər təhsil müəssisələri möhkəm çoxillik əməkdaşlıq qurduqları beynəlxalq şirkətlərdə təcrübə keçməyi təklif edirlər.

 

Məzunların işədüzəlmə nəticələri. Neçə məzunun hansı dövr ərzində işə dəvət aldığına diqqət edin. Məzunların minimal maaşını müəyyənləşdirməkdə fayda var. 
 

Məzunların şəbəkəsi. Peşəkar əlaqələr şəbəkəsinin qurulması – xaricdə təhsilin üstünlüklərindən biridir. Xaricdə təhsil müəssisələrinin bütün saytlarında Məzunların Assosiasiyasına həsr edilmiş səhifələri var demək olar. Adətən, həmin təhsil ocaqlarının məzunları elə öz məktəblərinə təcrübə keçməyə, sonra isə işə dəvət edirlər, çünki hazırlığın və proqramların keyfiyyətindən əmindirlər. Əlbəttə, çox şey həm də liderlik keyfiyyətlərindən, faydalı kommunikasiyalar qurmaq və qoruyub saxlamaq istedadından asılıdır.
 

Tərəfdaş təhsil müəssisələrinə nəzər yetirin. Bu, tələbələrə proqramlar çərçivəsində tərəfdaş məktəblərdə və universitetlərdə təhsil təcrübəsini toplamağa imkan verir. Belə ki, ABŞ universitetlərinin tələbələri bir semestr və daha uzun müddətə Avropanın və ya Avstraliyanın universitetlərinə gedə bilərlər. Yəni tələbənin iki müxtəlif məktəbin təcrübəsini “mənimsəmək” üçün unikal imkanı olur.
 

Kursların (tədris mərkəzlərin) məzmununu diqqətlə öyrənmək. 3-4 kursun tədris proqramlarının məzmunu müxtəlif universitetlərdə çox fərqlənir. Fikrimcə, bu məsələlərə görə təhsil biznesdir və bu biznesin tərkibində düzgün sistemlilik quranlar hazırda reytinqlər cədvəlinə liderlik edir.
75

PAYLAŞ