03 okt
Uşaq oyuncaqlarının təhlükəsizliyinə dair dövlət standartı qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 71-4:2023 “Oyuncaqların təhlükəsizliyi – 4-cü Hissə: Kimya üçün təcrübə dəstləri və onunla əlaqədar fəaliyyətlər” dövlət standartı qəbul edilib.
AzEdu.az xəbər verir ki, bu barədə AZSTAND-dan bildirilib.
Məlumata görə, dövlət standartı 8 (səkkiz) yaşına çatmış və ondan yuxarı yaş həddində olan uşaqlar üçün kimya üzrə təcrübə dəstlərində və əlaqədar fəaliyyətlərdə istifadə olunan müəyyən maddələrin və qarışıqların maksimum konsentrasiyasına dair tələbləri müəyyən edir.
Standard, həmçinin bu növ məhsullara dair markalanma, tərkib üzrə siyahı, istifadəsinə dair təlimatlar, gözlərin qorunması vasitələri və təcrübərin aparılması üçün nəzərdə tutulmuş avadanlıqlar üçün tələbləri təyin edir.
Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.
113