WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
02 okt

Lənkərandakı uşaq evinə direktor təyin olunub

Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə direktor təyinatı olub.

 

AzEdu.az xəbər verir ki, Samirə Quliyeva Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə direktor təyin olunub.

 

Lənkəran rayon Liman şəhər 16 saylı körpələr evi - uşaq bağçasının müdiri vəzifəsində işləyən Samirə Quliyeva, bir müddət əvvəl öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

 

Qeyd edək ki, uşaq evinin direktoru Mehriban Səfərovanın bir qədər əvvəl tutduğu vəzifədən kənarlaşdırıldığı bildirilir.

 

Bir neçə gün öncə O.Mirzəyev adına qarışıq tipli uşaq evinə Lənkəran ŞİH başçısının keçmiş müavini, məktəbliyə zorakılıq etdiyinə görə işdən çıxarılan və məhkəmə qərarı ilə 4 min manat cərimə olunan Rasilə Arifqızının təyin olunması barədə məlumat yayılıb. Rasilə Arifqızı bu məlumatı təsdiqləsə də, Lənkəran xəbəri təkzib etmişdi.
81

PAYLAŞ