WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
02 okt

Yuval Harari: “Süni intellekt hələ inkişaf mərhələsindədir”

İnsanlar tərəfindən yaradılmış süni intellekt hələ inkişafının çox erkən mərhələsindədir.

 

AzEdu.az xəbər verir ki, bunu israilli hərbi tarixçi, mediyevist, “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabının müəllifi Yuval Noah Harari Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində deyib.

 

“Bizim yaratdığımız süni intellekt insan intellektindən istifadə etməyərək məlumatları emal edir, qərarlar qəbul edir və tamamilə yeni ideyalar yaradır. Süni intellekt bir çox məsələlərin həllində bizdən daha üstündür”, - o qeyd edib.

 

Y.Harari vurğulayıb ki, hazırda “amöb” vəziyyətində olan süni intellektin inkişafı o qədər də ləng getmir: “Onu yeni səviyyəyə çatdırmaq üçün cəmi bir neçə onillik lazım olacaq”
87

PAYLAŞ