02 okt
BMU-da konfrans keçiriləcək
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 22-23 dekabr 2023-cü il tarixlərində “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı III beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
AzEdu.az xəbər verir ki, konfransın məqsədi iqtisadiyyat və idarəetmə sahəsində çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçilərini bir araya gətirmək, problemlərə birgə həll yolu tapmaq, eləcə də aparılan yeni və fərqli araşdırmaları, düşüncələri bölüşməkdir.
Beynəlxalq tədbir aşağıdakı istiqamətlər üzrə təşkil olunacaq: İqtisadiyyat, Biznesin idarə edilməsi, Maliyyə və mühasibat uçotu, Dövlət idarəçiliyi, Beynəlxalq münasibətlər.
Konfrans barədə daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür: https://bit.ly/3EY2MzA
79