WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
02 okt

İndoneziyalı professor AzMİU-da mühazirə oxuyub

İndoneziyanın RİAU Universitetinin 2 professoru – Ari Sandhyavitri və Fajar Restuhadi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olub.

 

AzEdu.az xəbər verir ki, professorlar öncə AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin nəzdində Ekologiya kafedrasının əməkdaşları ilə görüşüblər.  


AzMİU və RİAU arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. Qarşılıqlı faydalı münasibətin qurulması istiqamətində, eləcə də iqlim dəyişikliyi ilə bağlı birgə layihələrin işlənib hazırlanmasında maraqlı olduqlarını deyiblər. 

 

Daha sonra RİAU Universitetinin Mühəndislik fakültəsinin professoru Ari Sandhyavitri ekologiya mühəndisliyi ixtisasının tələbələrinə “Tullantısız istehsal prosesləri və tullantıların təkrar emalı” mövzusunda mühazirə oxuyub. 
Özünün bu sahədə apardığı elmi tədqiqat layihələrindən bəhs edib.  

Alimin hava dəyişikliyi texnologiyasından istifadə edərək meşə və torf ərazilərində baş verən yanğınlar zamanı karbon emissiyasının azaldılması layihəsi maraqla qarşılanıb. 

Mühazirənin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
107

PAYLAŞ