29 sen
Elm və təhsil naziri İmişlidə vətəndaşları qəbul edib
Sentyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev İmişli rayonunda vətəndaşları qəbul edib. Qəbulda İmişli, Beyləqan, Saatlı, Sabirabad və Xocavənd rayonlarının sakinləri iştirak ediblər.
AzEdu.az xəbər verir ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, iş yerinin daimiləşməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
99