29 sen
Nazir : “Qənirə xanım millətini və vətənini sevən bir vətəndaş idi”
Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.
AzEdu.az xəbər verir ki, bu barədə nazir rəsmi feysbuk səhifəsində paylaşım edib.
"Qənirə Paşayevanın vaxtsız vəfatından çox üzüldüm. Bir neçə həftə əvvəl yanaşı oturmuşduq, Azərbaycanda təhsilin, milli kimliyin, Azərbaycan tarixinin dövlət dilində tədrisi, məktəblərdə milli mədəniyyətimizin təbliği ilə bağlı maraqlı fikir mübadiləsi apardıq. Həmin an Qənirə xanımla bir daha görüşmək imkanımızın olmayacağını heç ağlımdan belə keçirə bilməzdim. Qənirə xanım millətini və vətənini sevən bir vətəndaş idi. Allah rəhmət eləsin!" - deyə fikirlərini tamamlayıb.
198